Onlar çox güman ki, pesonun düşməsinin əhəmiyyətini və ola bilsin ki, Donald Trampın seçki kampaniyası dövründə haqqında danışdığı sərhəd boyunca tikmək istədiyi «Divar»ı müzakirə edəcək.
ABŞ-da prezident seçkilərində Donlad Trampın irəlidə olması ilə bağlı səsvermənin erkən nəticələrindən sonra Asiya fondlarının ehtiyatları düşüb.
Regionda bütün iri bazarlar pulların təhlükəsiz valyuta ehtiyatlarına axması ilə aşağı düşüb, o cümlədən, qızıl və valyutalarda da eyni hal müşahidə olunur.
Bu arada Meksika pesosu dollara nisbətdə rekord səviyyədə ucuzlaşıb.
Treyderlər Hillari Klintonun rahat qələbəsini gözlədiyi üçün, hətta gərgin mübarizə belə dəyişkənlik yaratmaq üçün kifayətdir.
Amerikalılar ABŞ-ın 45-ci prezidentini seçmək üçün çərşənbə axşamı seçki məntəqələrinə üz tutub.
Son nəticələrə görə, Respublikaçılar partiyasından namizəd Donald Tramp Demokratlardan olan rəqibi, Hillari Klintonu geridə qoyaraq səsvermədə liderlik əldə edib.