Donald Trampın qələbəsində mühüm yeri onun «Swing States« adlanan mühüm ştatların böyük əksəriyyətində qələbə qazanması olub. Belə ki, Virciniya ştatının qarşılığında Donald Tramp Florida, Ohayo, Şimali Karolina, Pennsilvaniya və Yuta ştatlarında üstünlük əldə edərək həmin ştatlara aid elektorları aktivinə əlavə edib.
Ənənəvi Respublikaçı ştatlarda da inamlı qələbə qazanan Donald Trampın ABŞ-ın 45-ci prezidenti olmasına heç bir maneə qalmır.
Nyu-Yorkda tərəfdarları qarşısında çıxaraq qalibiyyət nitqi söyləyən Prezident Tramp Demokrat namizəd Hillari Klintondan telefon zəngi aldığını qeyd edərək, sabiq dövlət katibinə ictimai xidmətə görə təşəkkürünü bildirib.
Donald Tramp seçki prosesindən sonra ölkəni bir araya gətirməyin vacibliyini vurğulayıb və Amerikanı möhtəşəm etmək üçün həmvətənlərini birliyə çağırıb.
Prezidentliklə yanaşı, ilkin nəticələr Respublikaçılar Partiyasının Senat və Nümayəndələr Palatasında da əksəriyyəti ələ keçirdiyinə işarə edir. Yekun nəticələr təsdiqlənərsə həm Ağ Ev, həm də Konqres Respublikaçılar Partiyasının nəzarətində olacaq.