ABŞ-da prezident seçkilərində, senat və konqresdə respublikaçıların qələbə qazanması, Donald Trampın prezident seçilməsi dünya fond bazarlarına, maliyyə və əmtəə birjalarına da təsirsiz ötüşməyib. İlkin təsirlər nəticəsində dünya fond birjalarında Dou Cones, S&P 500, FTSE 100 Future, Nikkei indeksləri üçün fyuçerslər aşağı düşüb. Avro, ingilis funtu, isveç kronu dollara görə dəyər qazanıb, neft ucuzlaşıb, qızıl bahalaşıb.
Hazırda dünya bazarları təlatüm içərisindədir. Qısa bir müddətdə ABŞ bazarını xarakterizə edən S&P 500 indeksi üçün fyuçerslər 5 faiz, Avropa bazarını xarakterizə edən Euro Stoxx indeksi üçün fyuçerslər 50 4,3 faiz, Asiya Sakit okean bazarını xarakterizə edən MSCİ indeksi üçün fyuçerslər 2,6 faiz dəyər itirib. Fyuçersləri alan investorlar indeksin gələcəkdə dərəcələrinə investisiya qoyuluşu edir.
Meksika pesosu ilk dəfə olaraq 12 faiz aşağı düşərək, 1 dollara 20 peso həddinə yaxınlaşıb, yapon iyenası bütün valyutalara nisbətdə qalxıb, qızıl Brexitdən sonra 3,3 faiz bahalaşıb, neftin qiymətləri 1,7 faiz aşağı düşüb, ABŞ xəzinədarlığı 10 illik istiqrazları 1,8 faizədək ucuzlaşıb.
Bu hələ son deyil və təbii ki, bu dəyişikliklər davamlı və kəskin olarsa Azərbaycan iqtisadiyyatına və manatında da təsirsiz ötüşməyəcək.