Məlumatda deyilir ki, qlobal bazarda enerji qiymətləri azaldıqca «Silk Way Group» bu sahədə imkanlarını daha da şaxələndirmək niyyətindədir. Hazırda Moskva-Karaqanda-Honq-Konq istiqamətində uçuşlar yerinə yetirən «Air Bridge Cargo» aviaşirkətinin böyüməsi Azərbaycanın yükdaşıma şirkətinə stimul verə bilər.
Qeyd edək ki, «Silk Way Group», həm də «Silk Way West Airlines» MMC-nin təsisçisidir. Bu şirkət istismar sertifikatını 2012-ci ildə alıb. Onun aviaparkı üç ədəd «Boeing 747-400F» və iki ədəd «Boeing 767-300F» tipli hava gəmilərindən ibarətdir.
Ötən il «Silk Way West Airlines» müntəzəm uçuşların həyata keçirilmədiyi Əfqanıstan və İraq kimi bölgələrə aviareyslər yerinə yetirib. Şirkət gündəlik olaraq dövlət və qeyri-dövlət təşkilatları ilə kompleks sifarişlərin yerinə yetirilməsi üzrə əməkdaşlıq edir. («Report»)