Onun sözlərinə görə, kimya sənayesi parkının yaradılması Türkiyə üçün innovasiyadır.
H.Öztürk qeyd edib ki, Türkiyədə kimyəvi məhsullara tələbat getdikcə artır və SOCAR-ın kimya istehsalatının təşkili üzrə yeni modeli Türkiyədə yeni istehsal konsepsiyası yaradacaq.
O deyib: «Metandan etilen alınması üzrə işlər aparılır. Bu, enerji sektoru üçün əsl inqilab olacaq, belə ki, ölkənin neftdən asılılıq səviyyəsini azaldacaq». («Trend»)