Vaxt.Az

ABŞ qarışdı


 

Tramp əleyhinə aksiyalar başlayıb

ABŞ qarışdı Naməlum şəxslər ABŞ-ın Vaşinqton ştatının Sietl şəhərində insanlara atəş açıblar. Bu barədə «The Seattle Times» qəzetinin elektron versiyası xəbər verib.

Məlumata görə, insident Respublikaçılar Partiyasının namizədi olmuş Donald Trampın prezident seçilməsinə etiraz edən aksiyaçıların getdiyi ərazidə baş verib. Hadisə zamanı 4 nəfər xəsarət alıb.

Əraziyə polis əməkdaşları cəlb olunub. Nəşr atışmanın etiraz aksiyası ilə əlaqədar olub-olmaması barədə hər hansı məlumat verməyib.


***


ABŞ-ın bir sıra şəhərlərində minlərlə insan küçələrə çıxaraq yeni prezident seçilmiş Donald Tramp əleyhinə aksiyalar keçirib.

«Chicago Tribune» xəbər verir ki, bir neçə min insan Respublikaçılar Partiyasının namizədinin prezident seçilməsinə etiraz edib.

Onlar prezidentin adını daşıyan göydələnin yanından keçərək, Tramp əleyhinə şüarlar səsləndiriblər. Aksiyaçılar xüsusən Trampı irqçilikdə ittiham ediblər və müsəlmanlara dəstək ifadə ediblər.

Nyu-Yorkun Yunion-skver rayonunda da yüzlərlə insan Tramp əleyhinə aksiya keçirib. «NBC New York»un yazdığına görə, rayonda toplaşan 400-dən çox insan Trampın qalib gəlməsinə etiraz edib.

Yunion-skverdə müəyyən edilmiş yerdə toplaşan etirazçılar təşkilatçıların planlarına görə, «Trump Tower»in göydələni önündə piket keçiriblər.

Aksiya «Facebook» sosial şəbəkəsində təşkil edilib. On mindən çox sosial şəbəkə istifadəçisi bildirib ki, kütləvi tədbirlərdə iştirak etməyə hazırdırlar. («Report»)

 





10.11.2016    çap et  çap et