İlkin əməliyyatla jurnalistin daxili qanaxmasının qarşısı alınıb. Amma həkimlər növbəti güclü qanaxmaların olmaması üçün damarların açıq əməliyyatla tikilməsi qənaətinə gəliblər.
Bu gün Zabilin üzərində növbəti əməliyyat aparılacağı gözlənilir.
Zabilin qaraciyər transplantasiyasına ehtiyacı var. Həkimlər deyirlər ki, Zabil Müqabiloğlunu qaraciyər donoru və bahalı cərrahiyyə əməliyyatı vasitəsilə xilas etmək mümkündür. Jurnalistin isə buna maddi imkanı çatmır…
Bu arada millət vəkili Qənirə Paşayeva Zabil Müqabiloğlunu ziyarət edib, ona bugünkü əməliyyat öncəsi ürək-dirək verib.
Z.Müqabiloğlu uzun illər «Yeni Müsavat» qəzetində redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu «Gunxeber.com» saytına rəhbərlik edib.
Zabil Müqabiloğlu Zəngilan rayonundan məcburi köçkündür, Bakıdakı yataqxanalardan birində məskunlaşıb, evlidir, 1 azyaşlı oğlu var.