Elnur Ağayev qeyd edib ki, sonuncu dəfə ona qarşı dələduzluq edən şəxsin barəsində tədbir görülməsi üçün ədliyyə naziri Fikrət Məmmədova müraciət edib.
Elnur Ağayevin sözlərinə görə, bundan əlavə digər müvafiq qurumlara da dələduzluqla üzləşməsi və ona dəymiş ziyanın ödənilməməsi barədə müraciət edib: «Bu müraciətlərimdən sonra borclunun «Embawood»da yüksək vəzifə sahibi olan digər qardaşı İlqar Məmmədov qardaşının mənə olan 3700 dollar borcundan 370 dollarını geri qaytarıb. Ödənilən pul da çox az rəqəmdir. Buna görə də yenə də şikayətçiyəm. Yerdə qalan borcu istəyirəm. Çünki borclu Zaur Məmmədov 14 aprel 2016-ci il tarixdən digər bir cinayət əməlinə görə 1 il müddətinə azadlıqdan məhrum edilib. O, 2017-ci ilin aprelin 14-də həbsdən azad olunacaq».
Zərərçəkən qeyd etdi ki, hadisəylə əlaqədar Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.
P.S. Olayı diqqətdə saxlayacağıq.