Vaxt.Az

İran diplomatiyasının süqutu


 

Tramp rəsmi Tehranla nüvə sazişinə yenidən baxacaq

İran diplomatiyasının süqutu ABŞ-ın yeni prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı sazişə dəyişikliklər edilməsi və yenidən baxılması üçün tələb irəli sürəcək.

«Trend» xəbər verir ki, bu barədə D.Trampın xarici siyasət üzrə müşaviri Valid Fares deyib. Onun sözlərinə görə, yeni prezident sənədi müzakirə üçün Konqresə göndərəcək və İran tərəfindən sazişin bəzi bəndlərində dəyişikliklər edilməsini tələb edəcək.

Qeyd edək ki, D.Tramp seçki kampaniyası çərçivəsində dəfələrlə İranla bağlanmış nüvə sazişini tənqid edib.

Ötən il bağlanılan nüvə anlaşması İran diplomatiyasının uğuru kimi sayılırdı. Görünür həmin uğur uzun sürmədi, daha doğrusu süquta uğradı…

 





12.11.2016    çap et  çap et