Vaxt.az xəbər verir ki, Türkiyə mətbuatı danışığın çox səmimi keçdiyini bildirib.
«Axşamınız xeyir. Sizə həqiqətən böyük hörmətim var. Ölkəniz üçün çox yaxşı işlər görmüsünüz» deyərək söhbətə başlayan Tramp daha sonra qızı İvankanın Ərdoğana simpatiya bəslədiyini dilə gətirib: «İvanka da yanımdadır, telefon danışığımızı o təşkil etdi. Sizin böyük tərəfdarınız və heyranınızdır».
Çox yüksək səviyyədə baş tutan telefon söhbətində İŞİD, FETÖ lideri Fətullah Gülən, PYD və Mosul məsələsi müzakirə edilib: «Problemləriniz haqqında məlumatım var. Bu vəziyyəti müzakirə etmək və birlikdə hərəkət etmək lazımdır».
Trampın vəzifəsinin icrasına başladıqdan 3 ay sonra keçiriləcək NATO ölkələri liderlərinin zirvə toplantısında, ABŞ və Türkiyə prezidentlərinin görüşü gözlənilir.