Vaxt.az xəbər verir ki, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Əmirov 1967-ci ildə Şabran (keçmiş Dəvəçi) rayonunda anadan olub.
N.Əmirov 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu (iqtisadçı), 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini (hüquqşünas) bitirib. 1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə Şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində müxtəlif vəzifələrdə işləyib. 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini vəzifəsini tutub.
2000-2001-ci illərdə Bakı şəhəri, Səbayel rayonu Vergilər İdarəsinin rəis müavini, 2001-2003-də Vergilər Nazirliyi İri Vergi Ödəyiciləri ilə İş üzrə Departamentin rəis müavini postunda çalışıb. 2003-2005-ci illərdə Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi olub.
Azərbaycan Prezidentinin 16 avqust, 2005-ci il tarixli sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 4 mart, 2009-cu il tarixli sərəncamı ilə vergilər nazirinin I müavini vəzifəsinə təyinat alıb.
Ailəlidir. 3 övladı var.