Ə.Amaşov AZAL-a «Bakı Metropoliteni»nin təcrübəsindən yararlanmağı məsləhət görüb: «Şirkət ya öz dilimizdə danışıq səviyyəsi yüksək olan şəxsləri işə götürməlidir, ya da ən azı «Bakı Metropoliteni»ndəki metoddan - səs yazısından istifadə etməlidir.
Mən azərbaycanlı ola-ola, öz dilimi bilə-bilə bələdçinin nə danışdığını çox çətinliklə anlayırdım. Dövlətimiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dilinin saflığı, inkişafı ilə bağlı 30-a yaxın qanun, sərəncam, normativ qəbul olunub. Məqsəd Azərbaycan dilinin daha da inkişaf etdirilməsi və dilin tələblərinə sayğı ilə yanaşılmasıdır.
İstəyim budur ki, AZAL kimi təşkilatlarda Azərbaycan dilinin saflığından doğan tələblərinə, qaydalarına əməl etsinlər. Ya AZAL-da bunu bilmirlər, ya da əməl etmək istəmirlər. Hesab edirəm ki, hər bir vətəndaş, milli hissi zəif olsa belə, Azərbaycan dilini bilməsə belə, dövlət dilinin tələblərinə hörmət etməlidir».