Vaxt.Az

Pul köçürmələri 35 faiz azalıb


 

İnvestisiyada isə artım var

Pul köçürmələri 35 faiz azalıb İlkin rəqəmlərə əsasən 2016-cı ilin 9 ayında Azərbaycana daxil olan pul baratları 585,5 milyon dollar təşkil edib.

Bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.

Hesabata əsasən, pul baratlarının həcmi 35 faiz azalıb. 2015-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 897 milyon dollar təşkil edib. 2014-cü ilin analoji dövründə isə bu rəqəm 1,16 milyard dollar olub.

2016-cı ilin 9 ayında iqtisadi tərəfdaş ölkələrində yaranmış vəziyyət qeyri-neft ixracı ilə yanaşı, ölkəyə daxil olan pul baratlarının dinamikasına da təsir edib.

Hesabat dövründə də ölkədə xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala investisiya qoyuluşları davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, xarici mənbələrdən əsas kapitala yönəldilmiş investisiyaların həcmi 2016-cı ilin 9 ayında 6,3 milyard manat ekvivalentində olub ki, bu da əsas kapitala yönəldilmiş ümumi investisiyaların 60,9 faizini təşkil edir. Əsas kapitala yönəldilmiş xarici investisiyaların artım tempi 25,8 faiz olub.

Xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala yönəldilmiş vəsaitin çox hissəsi Böyük Britaniya, Türkiyə, Rusiya, İran, ABŞ, Yaponiya, Malayziya və İsveçrənin sərmayədarlarına məxsus olub.

 





12.11.2016    çap et  çap et