Vaxt.Az

Su böyrəklərdə daş yığılması riskini azaldır


 

Doğrudanmı çox maye qəbulu üz dərisini təravətli edir?

Su böyrəklərdə daş yığılması riskini azaldır Jurnalist və televiziya aparıcısı Klaudiya Hammond yazır ki, çox su içməyin dəri üçün xeyirli olduğu barədə o qədər danışılıb ki, bunun elmi baxımdan belə olub-olmadığı barədə düşünməmişik də…

Əgər siz gənclik təravəti ilə alışıb-yanan şirmayı üz dərisinin xiffətini çəkirsinizsə, yəqin ki, bunu həmişə belə saxlamağın sirrinin mümkün qədər çox su içməkdə olması barədə məsləhətləri də az eşitməmisiniz, - yazır jurnalist.

Belə bir fikir geniş yayılıb ki, su dəridə yığılan toksinləri yuyub aparır. Həm də məsləhət verənlər içilməli olan suyun miqdarı barədə müxtəlif fikirlər söyləyirlər. ABŞ-dan gələn tövsiyələrdə deyilir ki, günə 8 stəkan su normadır.

Başqa biriləri isə deyirlər ki, isti iqlimlərdə daha çox su içilməlidir, çünki içilən su tərlə çıxan suyu kompensasiya etməlidir.

Bütün bu məsləhətlər onun üçündür ki, guya sözün əsl mənasında adamın canı «sulu» qalsın. Bu inam o qədər geniş yayılıb ki, çox adamlar bunun elmi əsası olub-olmadığına da varmayıb.

Əslində belə elmi təcrübəni aparmağa nə var ki? Adamları iki qrupa böl, bir qrup bütün günü su içməklə məşğul olsun, ikinci qrup isə ürəyi istəyəndə su içsin.

Sonra yoxlayıb görək kimin dərisi cavanlaşıb.

Belə sadəliyə baxmayaraq bu sahədə elmi-tədqiqatlar demək olar ki, aparılmayıb. Səbəb də odur ki, suya heç kəs patent verməz. Patenti olmayan eksperimenti isə çətin ki, kimsə maliyyələşdirsin.

Amma belə araşdırmalar hər halda aparılıb. İsraildəki Kaplan Tibb Mərkəzinin dermatoloqu Ronni Volf bu sahədə cəmi bir araşdırma tapıb, onun da nəticəsi birmənalı olmayıb.

Elə yuxarıda deyildiyi kimi, könüllülər iki qrupa bölünüblər. Birinci qrup əlavə olaraq çoxlu mineral su içib, ikinci qrupa isə adi krant suyu verilib. 4 həftədən sonra mineral su içənlərin dəri sıxlığı azalıb, yəni sululuğu artıb, adi su içənlərdə bu sıxlıq azalıb.

Amma nə mineral, nə də adi su üz dərisindəki qırışlara təsir etməyib.

Lakin bu heç də o demək deyildir ki, dehidrasiya - yəni orqanizmin susuzlaşması dəriyə heç bir təsir göstərmir. Dərinin sərtliyini yoxlamaq mümkündür.

Sərtliyin, elmi terminlə desək, turqorun yoxlanması üçün dərini çimdikləyir və onun normal hala hansı tezliklə qayıtmasını müəyyən edirlər.

Əgər bədəniniz susuzdursa, dərinin çimdikdən sonra özünə gəlməsinə bir qədər vaxt gedəcək. Lakin burdan belə bir nəticə çıxmır ki, az su içmək dərini korlayır.

Yəni normadan bir az çox içilsə daha yaxşıdır. Yəni aclığı yeməklə ləğv ediriksə, bu o demək deyildir ki, həddən artıq yemək daha faydalı olacaq.

Professor Volf daha sadə izah edir. Maşına benzin lazımdırsa da, o bakı tutduğu qədər benzin götürəcək.

 

Müəmmalı məsləhət

 

Başqa bir yanlış təsəvvürə görə çox içildikdə orqanizmin bu suyu anbarlayıb saxlaması barədədir. Lakin bu sizin suyu nə qədər vaxtda içməyinizlə bağlıdır. Yəni siz 15 dəqiqənin içində bir neçə stəkan su içsəniz, bunun heç bir xeyri olmayacaq.

Sadəcə yarım saatdan sonra ayaqyoluna gedib içdiyinizi boşaldacaqsınız. Başqa eksperimentə görə 500 milliqram su içiləndə bu, üz dərisindəki damarlarda qanın daha yaxı axmasını təmin edəcək…

Lakin bu təcrübə zamanı dərini yarım saatdan sora yoxlayıblar. Yəni suyun dəriyə uzunmüddətli təsiri yaxşı öyrənilməyib.

Daha bir fərziyyə bundan ibarətdir ki, dərinin 30 faizi sudur və onu hamar göstərən də budur. Bu həqiqət də ola bilər, amma üz dərisinə bir çox başqa faktorlar, məsələn siqaret, genetika, günəş şüaları kimi faktorlar da təsir edir.

Müəmma budur ki, bu səkkiz stəkan söhbəti haradan gəlir? Su əlbəttə orqanizmin tələb etdiyi mühüm qidadır. Biz susuz bir neçə günün ərzində ölə bilərik və bu mənada bədənin hidrasiyalı olmağında xeyir var.

2010-cu ildə aparılmış bir təcrübə göstərib ki, su böyrəklərdə daş yığılması riskini azaldır.

Lakin yenə də söhbətin 8 stəkandan getməsi müəmma olaraq qalır. Böyrəklərin toksinlərdən təmizlənməsi üçün nə qədər su lazım olduğunu da heç kim hesablamayıb.

Bu da boş söhbətdir ki, sudan başqa heç bir maye qidalar su sayılmır. Amma su elə sudur. İstər çay, istərsə də başqa qidalar formasında. Məsələn qupquru görünən pitsada 40-49 faiz su var.

Bizim qidalardan aldığımız suyun miqdarı regiondan-regiona fərqlənir. Məsələn ABŞ üçün bu rəqəm 22 faizdir. Amma göy-göyərtinin çox yeyildiyi Yunanıstanda qida ilə qəbul olunan suyun miqdarı daha yüksəkdir.

Amma əsas problem odur ki, çox su içməyin dəriyə xeyirliliyi sualı açıq qalır. Biz dəqiq deyə bilmərik ki, bunun bir xeyri yoxdur, amma iddia da bilmərik ki, su dəriyə heç bir təsir eləmir.

Belə olduqda nə qədər su içməyin lazım olduğu məsələsi də həllini tapmır. Az-çox su içməyimiz havadan da asılıdır.

Onda gəldiyimiz nəticə budur ki, bizə lazım olan suyun miqdarını təbii bir hiss tənzimləyir. Onun adı susamaqdır.

Məqalənin sonunda jurnalist və televiziya aparıcısı Klaudiya Hammond yazır ki, bu məqaləni elmi tövsiyə kimi qəbul etməyək.

 





12.11.2016    çap et  çap et