Vaxt.Az

Gürcüstanda Rusiyanın qaz inhisarçılığı


 

Energetika sahəsində əməkdaşlığının geosiyasi nəticələri

Gürcüstanda Rusiyanın qaz inhisarçılığı Rusiya və Gürcüstan arasında diplomatik münasibətlərin qırıldığı andan səkkiz il keçib. Xarici siyasi oriyentasiyada fərqlərə baxmayaraq, Rusiya və Gürcüstan arasında münasibətlərin normallaşması prosesi öz axarına buraxıldı və bu da öz nəticəsini göstərdi. Ölkələr təhlükəsizlik məsələlərində müvəffəqiyyətlə əməkdaşlıq edir.

Terrorizmlə mübarizədə ölkələr birlikdə fəaliyyət göstərirlər. Gürcü məhsulunun bir hissəsi Rusiya bazarına qayıtdı. Rusiya və Gürcüstan sabit energetika münasibətlərini dəstəkləyir. Bundan başqa, Gürcüstanın yeni hökuməti Rusiya ilə normal, mehriban münasibətlərin bərpasının imkanlarını inkar etmir, xüsusilə iqtisadiyyatda və energetika sahəsində. 

2007-ci ildən etibarən Gürcüstan Rusiyadan qaz almır, amma Ermənistana Rusiya qazının tranzitinin təminatı üçün 10 faiz kompensasiya alır. Rusiya qazından Gürcüstanın asılılığı son illər ərzində əhəmiyyətli dərəcədə azalıb. Buna baxmayaraq,  Rusiyanın neft və qaz şirkətləri  gürcü sənayesində əsas səhmdarlardan biri kimi qalırlar. 

 





12.11.2016    çap et  çap et