Vaxt.Az
100 günün planı
Donald Tramp görəcəyi işləri açıqlayıb
ABŞ-a yeni prezident seçilən Donald Tramp ilk 100 günü ərzində görəcəyi işlərə aydınlıq gətirib. O, 3 kateqoriyanı nəzərdə tutan korrupsiya ilə mübarizə, işçilərin müdafiəsi və təhlükəsizlik və qanunun konstitusion qaydalarına dair planını açıqlayıb.Vaşinqtonun «təmizlənməsi»
- Konqresmenlərin iki dəfədən artıq seçilməsini qadağan etmək üçün
ölkə Konstitusiyasına müvafiq dəyişiklik layihəsi ilə çıxış etmək;
- Dövlət büdcəsindən maliyyələşən orqanlara (müdafiə, ictimai
təhlükəsizlik və səhiyyə sahələri istisna olmaqla) yeni işçilərin qəbulunu
dayandırmaq;
- Hər yeni federal qayda əvəzində iki köhnə qaydanın ləğvini tələb
etmək;
- Ağ Evin və Konqresin istefaya çıxan əməkdaşlarının beş il ərzində
lobbiçilik fəaliyyəti ilə məşğul olmasına qadağa qoymaq;
- Ağ Evin əməkdaşlarının başqa dövlətlərin maraqları üçün
lobbiçilik fəaliyyəti ilə məşğul olmalarına ömürlük qadağa qoymaq;
- Amerikanın seçki kampaniyalarına xarici lobbi qruplarından hər
hansı maliyyə vəsaiti qəbulunu tam yasaqlamaq.
- NAFTA müqaviləsinə (Kanada, ABŞ və Meksika arasında azad
ticarət sazişi) yenidən baxmaq, yaxud müqavilədən ümumiyyətlə çıxmaq planını
elan etmək;
- Amerikanın Sakit Okean Tərəfdaşlığından (Asiya-Sakit okean
regionunun 12 ölkəsi arasında azad ticarət haqqında Obama-nın imzaladığı TPP
sazişi) çıxdığını elan etmək;
- Maliyyə Nazirliyinə Çini «valyuta manipulyatoru» elan etməyi
tapşırmaq;
- Ticarət Nazirliyinə ölkənin beynəlxalq ticarətində amerikalı
işçilərin maraqlarına xələl gətirən bütün halları üzə çıxarıb, onları dərhal
aradan qaldırmaq üçün tapşırıq vermək;
- Enerji resurslarının (o cümlədən şist qazı, neft, təbii qaz
və təmiz kömür) işlənilməsi layihələrinin ümumi məbləğinə qoyulmuş 50 trilyon
dollarlıq məhdudiyyəti götürməklə yeni iş yerləri açmaq;
- Obama-Klinton cütlüyünün nəhəng infrastruktur layihələrinə,
o cümlədən Keystone neft kəmərinin (ABŞ və Kanada arasında iri neft kəməri)
tikintisinə qoyduğu məhdudiyyəti ləğv etmək;
- BMT-nin iqlim dəyişikliyi proqramlarına çoxmilyardlıq ödənişləri
dayandıraraq, əvəzində həmin vəsaiti Amerikanın ətraf mühit və su
infrastrukturu layihələrinə xərcləmək.
Təhlükəsizliyin və hüququn aliliyinin təmin olunması
- Barak Obamanın bütün qeyri-konstitusion aktlarını ləğv etmək;
- Qeyri-leqal miqrantların təqib olunmadığı və sərbəst yaşadığı
şəhərlərin (Nyu York, Vaşinqton, Çikaqo, San Xose və s.) federal büdcədən
maliyyələşdirilməsini tam dayandırmaq;
- Qanun pozuntusuna yol vermiş 2 milyondan artıq miqrantın ölkədən
çıxarılmasına başlamaq və onların qəbulundan imtina edən ölkələrin vətəndaşlarına
yeni viza verməmək;
- Terrorçuların nüfuz etdiyi regionlardan miqrant qəbulunu
dayandırmaq, ölkəyə gələn bütün şəxslərin ciddi yoxlamadan keçirilməsini təmin
etmək.
Yeni qanunlarla bağlı ideyalar
- Biznes üçün vergini 35 faizdən 15 faizə endirmək;
- İş yerlərinin xaricə axınının qarşısını alacaq qanun qəbul
etmək;
- Obama-nın apardığı səhiyyə islahatını (Obamacare) ləğv etmək;
- Təhsil sistemini dəyişdirərək, valideynlərin öz uşaqlarını
istənilən məktəbə göndərməsinə imkan yaratmaq;
- Uşaq bağçalarına və ahıllara qulluğa pul xərcləyən ailələrə
vergi güzəştləri müəyyənləşdirmək, işəgötürənləri işçilərinə iş vaxtı uşağa
baxmasına imkan yaratmağa həvəsləndirmək;
- Meksikanın vəsaiti hesabına bu ölkə ilə sərhəddə divar hörmək,
deportasiya olunduqdan sonra ABŞ-a təkrar qanunsuz giriş edənlərin, eləcə də ölkədəqalma
müddətini ötürmüş şəxslərin cəzalarını sərtləşdirmək.
12.11.2016 çap et