Nəzəri olaraq üzən məzənnə rejimində nominal effektiv məzənnənin ucuzlaşması idxal qiymətlərini bahalaşdırmaqla bir tərəfdən ixracatın stimullaşdırır, digər tərəfdən isə pula tələbi artırmaqla inflyasiya tempini də yüksəldir. Bu vəziyətdə valyuta ilə kreditlərə görə məzənnə fərqinin böyüməsindən artan xərclər onun vaxtında və tam şəkildə qaytarılmasını daha da çətinləşdirir.
Beləliklə də hazırda yüksələn inflyasiya iqtisadiyyatın və artan problemli kreditlər isə maliyyə-bank sektorunun əsas çətinliklərinə çevrilib. Odur ki, inflyasiyanın həfədlənməsi ilə yanaşı onun yaratdığı xərclərin kompensasiya olunması üçün məvaciblərin, müavinətlərin indeksləşdirilməsinə, pensiyaların baza hissəsinin artırılmasına, eləcə də valyuta ilə olan kreditlərə güzəştlərin tətbiqinə 2017-ci ilin dövlət büdcəsindən əlavə vəsaitlər ayrılmalıdır. Hesab edirəm ki, bu məsələlər parlamentdə gözlənilən növbəti ilin büdcə layihəsinin müzakirəsində diqqət mərkəzində olmalıdır.