Putin klubun iştirakçılarını və 24 noyabrda 75 yaşı tamam olacaq aparıcı Aleksandr Maslyakovu təbrik edib. Bundan başqa, Rusiya lideri şən və hazırcavabların yumorunu qiymətləndirib.
«Onlar hansısa zarafatları özlərinə rəva görürlər. Özü də harada? Kremldə! Vəzifədə olub getmişlərlə, vəzifəyə gələnlərlə və hazırda yüksək vəzifə tutanlarla. Məsələn siz kim haqda demisiniz: «Evləndi, boşandı, xoşbəxtdir»? – deyə Rusiya prezidenti zarafatla soruşub. Zal bu zarafatı gülüşlə və alqışlarlarla qarşılayıb.
«Məndən xahiş etdilər ki, məsləhət verim, «KVN» böyük, mehriban, çox yaxşı bir ailədir, sizə məsləhətim - sevgidir», - deyə Putin əlavə edib.