Vaxt.Az

«Obamacare»dən imtina


 

Donald Tramp daha yaxşı sığorta təklif edəcək

«Obamacare»dən imtina Donald Tramp «Obamacare» kimi tanınan sağlamlıq sığortasını dərhal ləğv edib, onu başqası ilə əvəz edəcəyini bildirib. O, «CBS-TV»yə müsahibəsi zamanı daha az pula daha yaxşı sığorta təklif edəcəyini deyib.

«Obamacare»in tənqidçisi olan Tramp hazırkı planda olan iki şərti- ailələri ilə yaşayan 26 yaşınadək uşaqların sığorta ilə təmin edilməsi və xəstəliyinə görə sığorta verilməməsinin yasaqlanmasını saxlayacağını bildirib.

Tramp bundan əlavə sosial medianın təmas üçün ən yaxşı vasitə olduğunu deyib. «Mən deyə bilmərəm ki, sosial mediadan çox xoşum gəlir, amma 28 milyon tərəfdarıma səsimi çatdırmaq üçün bu yaxşı vasitədir» - deyə o bildirib.

Sosial medianın ona prezident seçkilərində yardım etdiyini deyən Tramp bildirib ki, onlar kampaniyalara məndən çox pul xərcləyib, lakin medianın gücü daha böyükdür.

Prezident seçilən Tramp kampaniyaları zamanı sosial mediadan geniş istifadə edib. Lakin indi o, Ağ Evdə bundan ya az, ya da heç istifadə etməyəcəyini deyib.

 





13.11.2016    çap et  çap et