Qeyd edək ki, İ. Dodon Rusiya ilə strateji əməkdaşlığın bərpa edilməsi, Moldova məhsullarının Rusiya bazarına qayıtmasının və bu ölkə ilə enerji sahəsində əməkdaşlığın normallaşdırılmasının tərəfdarıdır. M. Sandu isə Rumıniya və Ukrayna ilə əməkdaşlığı möhkəmləndirməyin, ABŞ-la strateji əməkdaşlığın yaradılmasını zəruri sayır.
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Alina Russa TASS-a bildirib ki, seçki qurtarıb və saat 21:00-da bütün seçki məntəqələri (xarici ölkələrdə olanlar istisna olunmaqla) bağlanıb. İlkin məlumatlara görə, seçici fəallığı 53 faizi ötüb. Bu isə birinci turdakından 4 faiz çoxdur.
Artıq ilkin nəticələr də var. Bülletenlərin 69 faizi hesablanandan sonra məlum olub ki, İqor Dodon 57,8 faiz səs toplayıb. Onun rəqibi Maya Sandu 42,1 faiz səs toplaya bilib.
Xatırladaq ki, ikinci turda ən çox səs toplayan namizəd 4 il müddətinə prezident seçiləcək.