Polisdən satış üçün arayışın olmaması silahların sənədlərinə nəzarəti və hər hansı cinayətdə işlənməsini müəyyən etməyə imkan vermir. Belə olduqda isə vətəndaş özü belə bilmədən hansısa bir cinayətdə işlənmiş silahın cəzasını çəkə bilər.
«Xezerxeber.com» bildirir ki, hüquqşünas Xəyal Bəşirov isə belə silahların satışını həyata keçirən şəxslərin məsuliyyət daşıdığını deyir.
Qanunla fərdi satışına icazə olmayan silahların nəzarətsiz satılması Ovçular Birliyini də narahat edir. Birliyin sədri Füzuli Əşrəfov bu cür satışın tamamilə qanunsuz olduğunu deyir. Onun sözlərinə görə, vətəndaş fərdi mülkiyyəti olan silahı satmaq istədikdə polisə müraciət edib satış üçün icazə arayışı ala və həmin arayışı istənilən ovçuluq mağazasına təqdim etməklə istədiyi silahı sata bilər.