Vaxt.Az

Gülənin ağlamalı günləri


 

FETÖ liderinə evinin yanında asılan plakatla mesaj verdilər

Gülənin ağlamalı günləri FETÖ lideri Fətullah Gülənin ABŞ-dakı evinin yaxınlığında qoyulmuş bir plakat Türkiyə mediasının gündəminə düşüb. Türkiyə mediası bildirir ki, plakatın üstündə «Tramp sənin üçün gəlir; FETÖ Gülən» sözləri yazılıb.

Türkiyə mediası iddia edir ki, plakatda «FETO» kəlməsinin yazılması Fətullah Gülənin terror qruplaşmasının lideri kimi qəbul edildiyini göstərir. Bu isə o deməkdir ki, Trampın prezidentliyindən sonra bu qruplaşma üçün çətin olacaq.

Qeyd edək ki, Trampın təhlükəsizlik və kəşfiyyat üzrə baş sözcüsü general Maykl Flin Gülənlə bağlı yazılarının birində sərt fikirlər səsləndirmiş, Fətullah Güləni «maskalı terror qaynağı» adlandırmışdı.

 





14.11.2016    çap et  çap et