Vaxt.Az

Yeni Zelandiyada dəhşətli zəlzələ


 

Cənub adasında zəlzələdən sonra sunami təhlükəsi yaranıb

Yeni Zelandiyada dəhşətli zəlzələ Noyabrın 13-də Bakı vaxtilə saat 15.02-də Yeni Zelandiyanın Kraysçörç şəhəri yaxınlığında 7,8 bal gücündə zəlzələ olub. ABŞ Geoloji Mərkəzi bildirib ki, episentri Kraysçörç şəhərindən təxminən 95 kilometr şimal-şərqində gecə yarısı baş verib.

Zəlzələdə ölən olmayıb. Ancaq sunami təhlükəsi ilə bağlı xəbərdarlıq yayılıb.

Yeni Zelandiyanın Cənub adasındakı ən böyük şəhər olan Kraysçörç yaxınlığında kiçik yeraltı təkanlar davam edərkən, 200 kilometr aralı yerləşən paytaxt Uellinqtonda da titrəmələr hiss edilib.

Hadisədən iki saat sonra isə şimal-şərq sahillərinə sunami gəlib. Rəsmilər sonrakı sunami dalğalarından ehtiyatlı olmağı məsləhət görüb.

Sahilboyu yaşayan sakinlərə daha hündür ərazilərə getmək barədə xəbərdarlıq edilib.

Hazırda dalğaların hündürlüyü 2.5 metrə çatır.

Mülki müdafiə nazirliyi bildirib ki, Malborofda və Banks yarımadasında dalğaların hündürlüyü 5 metrə çata bilər.

2011-ci ildə Yeni Zelandiyada baş verən 6,3 bal gücündəki zəlzələdə 185 nəfər ölmüşdü.

 





14.11.2016    çap et  çap et