Vaxt.Az
«1 dollar kifayətdir»
Donald Tramp prezident məvacibindən imtina edib
ABŞ-ın yeni dövlət başçısı seçilən milyarder Donald Tramp prezident məvacibindən imtina edib. «Eurasia Diary» xəbər verir ki, Tramp CBS telekanalına müsahibəsində bildirib ki, maaş almaq fikrində deyil. «Qanunla məvacib almalıyamsa, ayda 1 dollar kifayətdir».Qeyd edək ki, ABŞ prezidentinin illik maaşı 400 min dollardır.
«Forbs» jurnalına görə, Donald Trampın sərvətinin 3,7 milyard dollar dəyərində
olduğu təxmin edilir.
14.11.2016 çap et