Bu barədə forumun hazırlanması və keçirilməsi üzrə təşkilat komitəsinin sədri Riyad İbrahim əs-Salehə istinadən «Al-Ayyam» nəşri məlumat yayıb.
Əs-Saleh bəyan edib ki, üçüncü forumun keçirilməsi əvvəlki tədbirlərdə qarşıya qoyulan məqsədləri güdür və Fars körfəzi ölkələri və onlarla neft və qaz hasilatı ilə məşğul olan digər maraqlı dövlətlər arasında neft sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə əsaslanır.
Sədr əlavə edib ki, forumda, həmçinin regional və beynəlxalq mütəxəssislər və ekspertlərin 2030-cu ilədək olan uzunmüddətli perspektivdə FKƏDƏŞ ölkələrinin iqtisadi inkişafı və maliyyə əməkdaşlığı planları haqqında fikirləri nəzərdən keçiriləcək.