Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Tramp 2009-cu ildə Nyu-Yorka rəsmi səfərə gələn sabiq Liviya lideri Müəmmar Qəddafidən xeyli pul alıb. O zaman hələ prezident olmayan Tramp da məsələyə münasibət bildirərkən, «Qəddafidən pul qazanan yeganə adamam», deyərək faktı təsdiqləmişdi.
Qeyd edək ki, Qəddafi 2009-cu ildə beynəlxalq forumda iştirak etmək üçün Nyu-Yorka gələn zaman onun şəxsi çadırının və çoxsaylı mühafizə-müşahidəçi heyətinin qaldığı ərazi Trampa məxsus imiş və multi-milyoner həmin ərazini ona müvəqqəti icarəyə verib. Müəyyən səbəbdən Qəddafi orada qalası olmasa da, əvvəlcədən icarəyə görə külli-miqdarda pul ödəyib. Tramp bu faktı təsdiqləyərək, Qəddafinin həmin əraziyə görə sərvət ödədiyini deyib.
CBS telekanalında Tramp həmin hadisəni bu cür şərh edib: «Mən Qəddafi pul qazanan yeganə adamam. Xatirinizdədirsə, Qəddafi ölkəyə gələndə mənimlə müqavilə bağlamaq məcburiyyətində idi. Çünki qalacaq bir yerə ehtiyacı vardı. Mənə sərvət ödədi və orada demək olar ki, qalmadı. O hadisə sanki zarafat kimi idi».