ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, onun seçilməsinin əleyhinə etiraz edənlərə bildirib ki, heç nədən qorxmasınlar.
«RİA Novosti»nin verdiyi xəbərə görə, bunu Tramp CBS telekanalının «60 dəqiqə» proqramına müsahibəsində bildirib.
«Qorxmayın. Biz ölkəmizi özümüzə qaytaracağıq», - Tramp bildirib.
***
Avropa İttifaqı (Aİ) ölkələrinin XİN rəhbərləri gələcək ABŞ administrasiyası ilə indidən işləməyə hazır olduqlarını bildiriblər.
«RİA Novosti»nin verdiyi məlumata görə, bunu Aİ-nın diplomatiya rəhbəri Federika Moqerini deyib.
«Biz gələcək administrasiya ilə çox sıx əməkdaşlıq etməyə ümid edirik», - Moqerini deyib.
çap et