Agentliyin fikrincə, hərbi əməliyyat meydanında Rusiyanın Ermənistana satdığı «İsgəndər» raketləri ilə Azərbaycanın İsraildən aldığı dronlar üz-üzə gələcək.
«Ermənistan və Azərbaycan aprel toqquşmalarından sonra öz hərbi arsenalını xeyli genişləndirib. İrəvan Rusiyadan taktiki-operativ «İsgəndər» raketlərini alıb, Azərbaycan isə İsraildən müasir dronlar alıb və Pakistandan yüksək texnoloji silahlar almaq niyyətindədir».
Londonda yerləşən «Chatham House» İnstitutunun fikrincə, tərəflərin silah arsenalını artırması Qarabağda müharibə riskini artırır.