Vaxt.Az

Yaxşı işləyənlər mükafatlandırılacaq


 

Qanunda dəyişiklik edilir

Yaxşı işləyənlər mükafatlandırılacaq Azərbaycanda «Əmək» ordeni təsis edilir. Modern.az-ın xəbərinə görə, bununla bağlı «Orden və medallarının təsis edilməsi haqqında» qanuna dəyişiklik edilməsi təklif olunub. Dəyişikliyə əsasən, «Əmək» ordeni Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə istənilən fəaliyyət sahəsində Azərbaycanın inkişafına və rifahının təmin olunmasına yönəlmiş müstəsna əmək nailiyyətlərinə görə veriləcək.

Həmin şəxslər sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, sənətkarlıq, xidmət və digər sahədə uzunmüddətli məhsuldar əməyə, elm, təhsil, səhiyyə, mədəniyyət, bədən tərbiyəsi, idman və digər sahələrdə fərqlənən əmək nailiyyətlərinə, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək göstəricilərə, yeni texnikanın, texnologiyanın, qabaqcıl təcrübənin, ixtiranın və səmərələşdirici təhsilin istehsalatda davamlı nəticəli tətbiqinə görə təltif olunacaqlar.

«Əmək» ordeni müvafiq icra hakimiyyəti orqanı tərəfindən veriləcək. Orden döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda «Vətənə xidmətə görə» ordenindən sonra taxılır.

 





15.11.2016    çap et  çap et