Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə, hazırda «D» və ya «DE» kateqoriyaları üzrə sürücülük vəsiqəsi olan şəxslər malik olduqları vəsiqənin etibarlılıq müddəti bitənədək ondan istifadə edə bilərlər. Çünki qüvvəyə minən dəyişiklikdə onun geriyə qüvvəsi, yaxud hazırda istifadədə olan vəsiqələr barədə heç nə deyilmir.
Bununla belə, həmin şəxslər öz vəsiqələrini uzağı etibarlılıq müddəti bitənədək istifadə edə biləcəklər. Növbəti dəfə vəsiqə dəyişdirilərkən onlara «D» və «DE» kateqoriyaları verilməyəcək.