Vaxt.Az
Vəziyyəti sabitləşib
Zabil Müqabiloğludan şad xəbər var
Jurnalist Zabil Müqabiloğlunun vəziyyəti sabitləşib. Vaxt.az xəbər verir ki, jurnalistin yaxınlarıının sözlərinə görə, əməliyyatdan sonra palataya köçürülən jurnalistin durumu yaxşıdır, ancaq qaraciyər köçürülməsi üçün donor axtarılır: «Həkimlər bu gün də sonuncu analizlərinin nəticələrini müayinə etdilər, vəziyyəti yaxşıdır. Yaşaması üçün sonuncu şans olaraq tez bir zamanda qaraciyər əməliyyatı olunmalıdır».Zabil Müqabiloğlunun hər iki bacısı donor
uyğunluğu üçün müayinədən keçiriləcək, hansı uyğun olarsa, ondan sonra qaraciyər
köçürülməsi əməliyyatı gerçəkləşdiriləcək.
Zabil Müqabiloğlu uzun illər «Yeni Müsavat» qəzetində
redaktor vəzifəsində çalışıb. Son illər isə təsisçisi olduğu «Gunxeber.com»
saytına rəhbərlik edib.
(Lent.az)
15.11.2016 çap et