Bir qədər əvvəl əksər iqtisadçilar illik inflyasiyanın 1,1 faiz təşkil edəcəyini proqnozlaşdırırdılar.
Lakin oktyabr ayında istehsal məhsullarının qiyməti 2,1 faiz artdı və bu da 2012-ci ildən bu yana ən böyük artım kimi qiymətləndirildi.
İqtisadçılar Böyük Britaniyanın Avropa İttifaqından çıxmasıyla bağlı keçirilən referendumun nəticələrindən sonra funt sterlinqin məzənnəsinin aşağı düşməsi fonunda inflyasiyanın artacağından ehtiyat edirdilər.
Noyabrın əvvəllərində İngiltərə bankı gələn ilin noyabr ayına qədər inflyasiyanın 2,7 faiz qədər artacağını proqnozlaşdırırdı. İyun ayından bu yana funtun kursu ABŞ dollarına nisbətdə 16 faiz, avroya nisbətdə isə 11 faiz aşağı düşüb.
Milli Statistika Bürosunun oktyabrda verdiyi açıqlamaya görə, ötən yay Böyük Britaniyada işsizlərin sayı hiss olunmayacaq dərəcədə artaraq 4,9 faiz təşkil edib. Beləliklə, britaniyalı işsizlərin sayı son 11 ildə ən aşağı səviyyədə qalmaqda davam edir.