Ölkəmizi Avroliqanın qrup mərhələsində təmsil edən «Qarabağ» 1 milyon 88 min 460 avro qazandığı halda, «Qəbələ» 733 min 660 avro «irəli düşüb».
Avroliqanın təsnifat mərhələsində iştirak etmiş «Neftçi» 458 min 620 avro, qadağa üzündən avrokuboklara yollana bilməyən «İnter» isə 58 min 660 avro qazanc götürüb.
Avroliqada 1 mərhələ adlamış «Kəpəz» isə 440 min avro qazanıb. Bu məbləğ klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda hesabına köçürüləcək.
Qeyd edək ki, UEFA bu dəfə Azərbaycan klublarının hesabına ümumilikdə 2 milyon 779 min 400 (5 064 066 manat) avro köçürüb.