İtaliya və Almaniya yığmaları arasında bu gün keçiriləcək yoldaşlıq oyununda videotəkrardan istifadə olunacaq. Oyun ərzində iki köməkçi şəxs oyunun mübahisəli epizodlarını izləyəcək.
Videotəkrarın məqsədi qol, penalti, sarı-qırmızı vərəqə və oyunçuların baş hakimə etiraz etdiyi məqamlara aydınlıq gətirməkdir.
Qeyd edək ki, İtaliyada keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
  çap et