Qeyd edək ki, bir qədər əvvəl sosial şəbəkələrdə və bəzi xəbər saytlarında belə bir informasiya yayılıb ki, guya, Vahid Əhmədov deputatların maaşının azlığından şikayətlənərək, 2 min 200 manatla hazırkı vəziyyətdə dolanmağın çətin olduğunu deyib. Vahid Əhmədov bu cür xəbərlərin necə yayılmasından xəbərsiz olduğunu bildirib.
«Haqqımda bu cür yanlış
informasiya yazanlar barədə ölçü götürəcəm. Amma konkret deyə bilmərəm ki, bu cür
xəbərlər kimdən və nədən qaynaqlanır. Araşdıraq görək kim bizdən nə istəyir?!»