Vaxt.Az

«Həqiqəti əks etdirmir»


 

Baş Prokurorluqdan Əli Abbasov açıqlaması

«Həqiqəti əks etdirmir» Bəzi KİV-lərdə guya dövlət ittihamçısı Fərid Nağıyevin məhkəmədə çıxışı zamanı Əli Abbasov və nazirliyin digər vəzifəli şəxsləri barəsində cinayət işinin başlanmasını bildirməsi barədə informasiyalar yayılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən yayılan məlumatda bildirilib.

Qeyd olunub ki, sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Eyni zamanda dövlət ittihamçısı Fərid Nağıyev tərəfindən belə fikir səsləndirilməyib.

«Haqqında söhbət açılan cinayət işi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin ayrı-ayrı vəzifəli şəxsləri barəsində istintaqı aparılmış cinayət işinin materiallarından ayrıca icraata ayrılmış cinayət işidir.

«Hazırda həmin iş üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir» - deyə məlumatda bildirilib.

 





16.11.2016    çap et  çap et