Araşdırma zamanı respondentlər ölkə qarşısında dayanan ən ciddi problemlə bağlı - «onlar hakimiyyət institutlarının korrupsiyalaşmasını və ölkə rəhbərliyinin korrupsiyaya qarşı cəhdlərini necə qiymətləndirirsiniz» sualına cavab veriblər.
«Bu araşdırma göstərir ki, rusiyalılar korrupsiyanı iqtisadi vəziyyət və səhiyyənin vəziyyətindən sonra ölkənin üçüncü ən vacib problemi kimi qəbul edirlər», - məruzədə vurğulanır.
Rusiyadan sonra daha çox korrupsiyaşmış ölkələr sırasına Ermənistan, Bosniya və Hersoqovina, Litva, Moldova, Serbiya və Ukrayna da düşüb.
«Dünya korrupsiya barometri» doqquzuncu dəfə açıqlanır. Əvvəlki araşdırma 2013-cü ildə olub. Bu il «Dünya korrupsiya barometri» Avropa və Mərkəzi Asiyanın 42 ölkəsini əhatə edib. Onların arasında Avropa İttifaqının, bu ittifaqa namizəd və MDB ölkələri var.