Vaxt.Az

Heç nə dəyişməyəcək


 

Tramp administrasiyası Qarabağ üzrə danışıqları davam etdirəcək

Heç nə dəyişməyəcək ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə Vyana və Sankt-Peterburq sammitlərində əldə olunmuş razılıqların reallaşdırmasını dəstəkləyir.

Virtualaz.org bildirir ki, bunu ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçi Bridcit Brink Ermənistan prezidenti ilə çərşənbə günü keçirdiyi görüşdə deyib.

«Bridcit Brink əmin etdi ki, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaz regionunda vəziyyətin inkişafına və Qarabağ münaqişəsinin həlli məqsədi ilə etibar bağlarının möhkəmləndirilməsi üzrə son razılıqların reallaşdırmasına maraq göstərməkdə sadiq qalmağa davam edəcək», - deyə Ermənistan prezidenti mətbuat xidmətinin yaydığı məlumatda vurğulanıb.

 





17.11.2016    çap et  çap et