Vaxt.Az

Ruslar Hələbi bombalayıb


 

Təyyarələr Admiral Kuznetsov laynerindən havaya qalxıb

Ruslar Hələbi bombalayıb Rusiyanın yeganə təyyarədaşıyan və raket döyüş gəmisindən göyə qalxan döyüş təyyarələri Suriyada mövqeləri hədəf alıb, Hələb şəhərinin cənub-qərb ərazilərini hücuma məruz qoyub.

Bu arada Suriya hökumətinə məxsus təyyarələr şəhərə yenidən çəllək bombaları atmağa başlayıb.

Kreml iddia edir ki, Aralıq Dənizində Admiral Kuznetsov gəmisindən atılan ilk Rusiya raketləri İdlib və Homs vilayətlərini ələ keçirən ekstremistləri hədəf alırdı.

Dəniz döyüş gəmisi Admiral Qriqoroviçdən də atılan uzunmənzilli kruiz raketləri şimal İdlib şəhərini hədəf alıb.

Nazirlik mətbuatın Rusiya təyyarələrinin Hələbdə xəstəxananı hədəf aldığı barədə məlumatını inkar edib.

Bundan əlavə dünən Suriya xəbər agentliyi bildirib ki, hökumət hava qüvvələri dünən Hələbin şərqində terrorçuların istinadgahını bombalayıb. Bu ərazidə Əsəd hökumətini devirmək istəyən 300 minə qədər mülkü vətəndaşın və üsyançı qüvvələr yaşayır.

Hələbdə yenilənən zorakılıqlar ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından bir gün sonraya təsadüf edib.

Putin deyib ki, o və Tramp beynəlxalq terrorçuluqla mübarizə aparmaq üçün səylərimizi birləşdirmək barədə razılığa gəliblər.

 





17.11.2016    çap et  çap et