Vaxt.Az

«Ermənistan hərbi baza oldu»


 

«Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhə yaranıb»

«Ermənistan hərbi baza oldu» «Artıq bu sazişdən sonra Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin kim tərəfindən, nə məqsədlə yaradıldığı və indiyə qədər niyə həll olunmamasının səbəbləri bütün dünyaya bəlli oldu».

Modern.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Rusiya prezidentinin Rusiya və Ermənistan qoşunlarının birləşmiş qrupunun yaradılması haqqında sazişi təsdiqləməsi və sazişin ratifikasiya üçün Rusiya Dövlət Dumasına göndərilməsinə münasibət bildirərkən deyib.

O qeyd edib ki, «bundan sonra Rusiyanın Azərbaycanla səmimi strateji tərəfdaş olmasına ciddi sübhələr yaranıb».

«İndiyə qədər Ermənistanın bütün strateji istiqamətləri, o cümlədən, iqtisadiyyatı, nəqliyyatı, hərbi hava qüvvələri Rusiyanın əlində idi. Ermənistan bu sazişdən sonra müstəqilliyini tamamilə itirərək Rusiyanın hərbi bazasına çevrilmiş oldu», - deyə Asim Mollazadə əlavə edib.

 





17.11.2016    çap et  çap et