Layihədə yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 12,7 faiz və yaxud 18,5 manat artırılaraq 164,5 manata, pensiyaçılar üçün 13,2 faiz və yaxud 15,2 manat artırılaraq 130,2 manata, uşaqlar üçün isə 16,8 faiz və yaxud 19,6 manat artırılaraq 136,6 manata çatdırılıb.
2017-ci ildə Azərbaycanda ehtiyac meyarının isə builki səviyyədə, yəni 105 manatda saxlanılması təklif olunur. Bu da «2017-ci il üçün ehtiyac meyarının həddi haqqında» Qanun layihəsində nəzərdə tutulub.
2017-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlər artıq Milli Məclisə daxil olub. Xatırladaq ki, bu il üçün yaşayış minimumu 136 manatdır. Başqa sözlə, sözügedən göstərici 14 faiz və yaxud 19 manat artırılır.