«Trend»in verdiyi məlumata görə, bu təklif OPEK-in bir sıra üzv ölkələrinin nazirlərinin görüşü zamanı səsləndirilib.
İclasda İranın neft naziri iştirak etməyib və bu təkliflə bağlı rəsmi Tehranın cavabı məlum deyil.
Amma daha əvvəl İran neft nazirinin müavini ölkənin neft hasilatını 2020-ci ilədək sutkada 5,7 milyon barel həcminədək artırmağı planlaşdırdığını bəyan etmişdi.