Modern.az «Anadolu» Agentliyinə istinadən xəbər verir ki, sessiyadakı çıxışından sonra sualları cavablandıran Çavuşoğlu, toplantıda Ermənistan adından iştirak edən deputat Koryun Nahapetyanın «Türkiyənin fəal şəkildə İŞİD-i dəstəklədiyi və tətbiq etdiyi siyasətlərin regionda qeyri-sabitliyə yol açdığı» iddialarına sərt cavab verib.
Çavuşoğlu Türkiyənin «Yurdda sülh, cahanda sülh» anlayışı üzrə qonşularla problemsiz əlaqələrə davam etdirmək yolunda olduğunu vurğulayıb.
Ermənistanlı vəkilə dürüst olmadığını deyən M.Çavuşoğlu bildirib: «Sizi dinlədiyim zaman sanki bir sülh mələyisiniz. Mən sizə bir sual vermək istəyirəm. BMT-nin qətnamələrində sizin Azərbaycan torpaqlarını işğal etdiyiniz yoxdurmu? Qarabağı mən işğal etmişəm? Siz işğal etdiniz. Qarabağdan niyə çəkilmirsiniz? Sizə bir şərt qoyduq - Azərbaycanın torpaqlarından çəkilərsəniz, sərhədləri açarıq. Azərbaycan bizim qardaş ölkəmizdir».
M.Çavuşoğlu tutduqları PKK-çılar arasında ermənilərin də olduğunu, erməni «dostlarının» dürüst davranmadığını deyib.