Vaxt.Az

Qarın qardaşdan irəlidir


 

Dünya ölkələrində deputatlar nə qədər maaş alırlar?

Qarın qardaşdan irəlidir Azərbaycanda millət vəkilərinin məvacibi zaman-zaman müzakirə predmeti olub. Deputatlar məvaciblərinin azlığından şikayətlənib. Sadə əhali isə əksinə, eşitdiyi rəqəmdən şok olub. Bəli, bu gün orta aylıq əməkhaqqının 490,5 manat, adambaşına düşən gəlirin 5111,6 manat (2954 dollar) olduğu Azərbaycanda millət vəkilləri əlavələrlə birlikdə 2 min 200 manat məvacib alırlar.

Publika.az az digər ölkələrdə millət vəkillərinin gəlirlərini və adambaşına düşən milli gəliri araşdırıb. Aşağıdakı rəqəmlər alınıb:

 

Rusiya

Millət vəkilnin aylıq maaşı 360 min rubl (5472,8324 dollar).

Adambaşına düşən milli gəlir 9 min dollar.

 

Norveç

Aylıq maaşı 7500 dollar

Milli gəlir 84538 dollar

 

Danimarka

Aylıq maaşı 5000 dollar

Milli gəlir 55890 dollar

 

İsveç

Aylıq maaşı 4200 dollar

Milli gəlir 48935 dollar

 

Hollandiya

Aylıq maaşı 5660 dollar

Milli gəlir 46914 dollar

 

Avstriya

Aylıq maaşı 8100 dollar

Milli gəlir 45209 dollar

 

Belçika

Aylıq maaşı 5064 dollar

Milli gəlir 43144 dollar

 

Fransa

Aylıq maaşı 4648 dollar

Milli gəlir 39460 dollar

 

İngiltərə

Aylıq maaşı 6200 dollar

Milli gəlir 36144 dollar

 

İtaliya

Aylıq maaşı 9150 dollar

Milli gəlir 33916 dollar

 

İspaniya

Aylıq maaşı 3813 dollar

Milli gəlir 30514 dollar

 

Çex Respublikası

Aylıq maaşı 1900 dollar

Milli gəlir 18245 dollar

 

Polşa

Aylıq maaşı1893 dollar

Milli gəlir 12293 dollar

 

Türkiyə

Aylıq maaşı 5920 dollar

Milli gəlir 10094 dollar

 

Göründüyü kimi adambaşına düşən milli gəlirin səviyyəsi ilə müqayisə etdikdə bizim deputatlar elə də az məvacib almırlar.

 





19.11.2016    çap et  çap et