Vaxt.Az

Nağıl kimi cinayət


 

Ölünün imzasını saxtalaşdırıb evini satdılar

Nağıl kimi cinayət Azərbaycanda ölmüş şəxsin imzasını saxtalaşdırmaqla onun adına olan mənzilin satılması hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşları tərəfindən noyabrın 10-da şəhər sakini Ələddin Əhmədovun və Göygöl şəhər sakini Eldar Məhərrəmovun Yeni Gəncə qəsəbəsi ərazisində tikilməkdə olan çoxmərtəbəli yaşayış binasının sahibi, mərhum şəhər sakini Rövşən Rüstəmovun imzasını və möhürünü saxtalaşdırması, habelə saxta müqavilə əsasında həmyerlisi Elnarə Zeynalovaya həmin binadakı mənzillərdən birini 19000 manata satması müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

 





19.11.2016    çap et  çap et