Vaxt.Az

Poroşenko 6 saat dindirilib


 

70 şübhəli axtarışdadır

Poroşenko 6 saat dindirilib Ukrayna prezidenti Petro Poroşenko Kiyevin Avropa meydanındakı cinayət işi üzrə dindirilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, sorğu-sual noyabrın 29-da keçirilməli olsa da, dünən Prezident Administrasiyasında baş tutub.

Dindirilmə 6 saat çəkib. Prezident Maydan işinin bəzi epizodları ilə bağlı sorğu-sual edilib.

Ukrayna Baş Prokurorluğunun xüsusi araşdırma departamentinin rəisi Sergey Qorbatyuk bildirib ki, Maydan işi üzrə 70 şübhəli axtarışa verilib. Onların arasında ölkədən qaçan keçmiş prezident Viktor Yanukoviç də var.

 





19.11.2016    çap et  çap et