Vaxt.Az
Üçqat qalib
Məzahir Pənahov: “İlham Əliyev növbəti beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib”
“Tarixi bir gün yaşadıq. Seçkilər yüksək səviyyədə keçdi. Seçicilərin çox böyük fəallığını müşahidə etdik. Ümumilikdə Azərbaycan seçicilərinin 72,31 faizi səsvermədə iştirak etdi”. Azvsison.az xəbər verir ki,, bunu mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.
M.Pənahov qeyd edib ki, veb-kameralar vasitəsilə 1000 məntəqədə baş verən hadisələr dünyaya çatdırıldı: “Gün ərzində bir dənə də olsun rəsmi şikayət daxil olmayıb. Seçki prosesinin tam şəffaf və müasir standartlara uyğun keçirilməsinə nail olduq. Buna görə ilk növbədə Azərbaycan vətəndaşlarına, beynəlxalq müşahidəçilərə, aşağı seçki qurumlarına minnətdarıq”.
MSK sədri bildirib ki, 5492 məntəqədən 3947 seçki məntəqəsindən (məntəqələrin 72 faizi) daxil olan protokollara əsasən, ilkin nəticələr aşağıdakı kimidir:
İlham Əliyev - 84,73 faiz
Cəmil Həsənli - 5,2 faiz
İqbal Ağazadə - 2,31 faiz
Qüdrət Həsənquliyev - 2,1 faiz
Zahid Oruc - 1,49 faiz
İlyas İsmayılov - 1,11 faiz
Araz Əlizadə - 0,88 faiz
Fərəc Quliyev - 0,87 faiz
Hafiz Hacıyev - 0,66 faiz
Sərdar Məmmədov - 0,63 faiz
M.Pənahov deyib: “Beləliklə, İlham Əliyev növbəti beş il müddətinə Azərbaycan Prezidenti seçilib”.
MSK sədri əlavə edib ki, seçki protokollarının hesablanması davam edəcək. Sonra təsdiqlənməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunacaq: “Beynəlxalq müşahidəçilərin hamısı seçkilərin çox yüksək səviyyədə keçdiyini vurğulayıblar. Hətta xarici KİV-lərdə öz fikirlərini çatdırıblar”.
10.10.2013 çap et