Vaxt.Az
Futbol korrupsiyasında son mərhələ
Eks-prezidenti 10 il müddətinə azadlıqdan məhrum edilib
FİFA-dakı korrupsiya qalmaqalının iştirakçılarından biri, Ekvador Futbol Federasiyasının sabiq prezidenti Luis Çiriboqa 10 il müddətinə azadlıqdan məhrum edilib. L. Çiriboqa çirkli pulların yuyulmasında təqsirli bilinib. 2015-ci ilin yanvarında, L.Çiriboqa dördüncü dəfə Ekvador Futbol Federasiyasının prezidenti seçilib. Ötən ilin dekabrında ona FİFA-dakı korrupsiya qalmaqalı ilə əlaqədar ittiham irəli sürülüb. Bundan sonra L. Çiriboqa könüllü olaraq hüquq-mühafizə orqanlarına təslim olub.Qeyd edək ki, 2015-ci ilin mayında FİFA-da korrupsiya
qalmaqalı baş verib, təşkilatın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu. Ötən
ilin dekabrında isə daha 16 FİFA funksionerinə qarşı ittihamlar irəli sürülüb.
Korrupsiya ilə bağlı qalmaqal FİFA prezidenti Yozef Blatterin istefa verməsi ilə
nəticələnib.
19.11.2016 çap et