Vaxt.Az

Türkiyədə cinsi zorakılığa aid təklif qalmaqalı


 

Nazir: «Müxalifət mövzunu qəsdən və istəyərək çaşdırır»

Türkiyədə cinsi zorakılığa aid təklif qalmaqalı Ədalət və İnkişaf Partiyası (AKP) çərşənbə axşamı günü Türkiyə Böyük Millət Məclisinə (TBMM) cinsi zorakılığa məruz qalmış şəxslərin təcavüzü edənlə evlənməsi şəraitində, təcavüzçünün cəzasının təxirə salınmasını təsbit edən yeni təklif verib.

Təklifə görə, cəzanın təxirə salınması 16 noyabr tarixinə qədər işlənmiş cinayətləri əhatə edəcək.

Cümhuriyyət Xalq Partiyasından (CHP) olan deputatlar gecə sosial media vasitəsilə 22 noyabrda bu təklifin müzakirə edilməsini təklif edib.

Müxalifət və sosial media bu layihəni tənqid edərək, bunun uşaq evliliklərinin qarşısını açacağını və qadınların onları cinsi istismar etmiş kişilərlə evlənmələrinə təşviq edəcəyini, kişilərinsə cəzasız qalacağını bildirir.

Ədliyyə naziri Bəkir Bozdağ isə təklifin «qadınların təcavüzçüsü ilə evləndirilməsi» anlamına gəlmədiyini bildirib. Nazir həmçinin bildirib ki, müxalifət mövzunu «qəsdən və istəyərək çaşdırır».

Bozdağ «Twitter»də yazıb: «Təcavüz edənə evlənərək cəzadan qurtulma imkanı verilməyib».

Bozdağ söyləyib ki, təhdid, hiylə və iradəyə zərər verməklə cinsi zorakılıq cinayətini törədənlər bu tənzimləmədən yararlanmayacaq.

Onun sözlərinə görə, qanun bütün təcavüz edənlərə aid deyil. Evlənmiş, amma yaşı çatmadığına görə «nigaha girməyənlər» yeni təklifə əsasən rəsmi nikah kəsməlidirlər.

Sosial mediada düzəlişi #tecavüzmeşrulaştırılamaz heştəqi ilə müzakirə edirlər. Heştəq Türkiyənin «Twitter» istifadəçiləri arasında ən çox istifadə edilən mövzulardandır.

 





19.11.2016    çap et  çap et