Modern.az xəbər verir ki, erməni deputat bununla yetinməyib. Daha sonra tədbirdə çıxış edən Türkiyənin Baş Qərərgah rəisi Hulusi Akarın çıxışından sonra da Türkiyəni terrorizmlə günahlandıracaq çıxışlar edib.
Napetyanın ittihamlarına cavab verən Hulusi Akar, «Siz çox tərbiyəsiz, əxlaqsızsınız. Sizin törətdiyiniz terror aktları, qətlə yetirdiniyiniz günahsız insanlarla bağlı faktlar bütün dünyaya bəllidir. Qarabağda törətdiyiniz soyqrımı nə tez unutdunuz? Utanmadan başqa dövlətləri də terrorizmdə ittiham edirsiniz. Bu qədər də tərbiyəsizlik, arsızlıq olmaz» deyib.